"Bu gün Ali Məhkəmədə müdafiəçi kimi çıxış etdiyim işdə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə bəraət verildi".
Qaynarinfo xəbər verir ki, bu barədə vəkil İlhamə Həsənova bildirib.
O vurğulayıb ki, Ali Məhkəmənin hakimi İlqar Qılıncovun sədrliyi ilə baxılan iş üzrə ədalətli və qanuni qərar qəbul olunub: "Məhkəmələrimiz doğrudan da şəffaf, obyektiv və ədalətli mühakimə həyata keçirirlər".
Qeyd edək ki, Cinayət Məcəlləsinin 182-ci maddəsində hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə nəzərdə tutulur".
Şərhlər