Xəbər lenti

Vəkil Mənsum Bayramov həbs olundu
Ölkə 16:13 11.09.2014

Vəkil Mənsum Bayramov həbs olundu

Vəkil Mənsum Bayramov qapalı iclasda həbs edilib

Vəkil Mənsum Bayramovun Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs olunduğu bilinib. 

Məhkəmədən “Media forum” saytına deyiblər ki, iş sentyabrın 2-də daxil olub, həbs qətimkan tədbiri seçilən iclas qapalı keçirilib, Mənsum Bayramovu prosesdə dövlətin tutduğu vəkil Ramiz Mirzəyev müdafiə edib.

Yasamal Rayon Məhkəməsinin əməkdaşı Bakı istintaq təcridxanasında saxlanan Mənsum Bayramovun Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham olunduğunu açıqlamayıb.

“Media forum” saytı müəyyən edib ki, Vəkillər Kollegiyası Mənsum Bayramovun vəkillik fəaliyyətini dayandırıb. Bu qərar vəkilin cinayət işinin istintaqı ilə bağlıdır. Vəkillər Kollegiyasından “Media forum”a bildiriblər ki, Mənsum Bayramov kollegiyanın üzvü olaraq qalır, onun vəkillik fəaliyyətinə xitam verilməyib, söhbət yalnız vəkillik fəaliyyətinin dayandırılmasından gedir.

Mənsum Bayramov uzun illər AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü olub. 49 yaşlı Mənsum Bayramov Bakı Dövlət Universitetinin məzunudur. 

2007-ci ildən Vəkillər Kollegiyasının üzvüdür.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->