
Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəməsi davam etdirilib.
Report-un məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə R.Mirqədirovun vəkili Fuad Ağayev çıxış edib. O, jurnalistə bəraət verilməsini xahiş edib.
Məhkəmə sabah davam etdiriləcək.
Qeyd edək ki, R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Qaynar.info