Xəbər lenti

Vəkildən ailə qurmaq istəyən gənclərə tövsiyə: “Düşünməyin ki, ayıbdır...”
Ölkə06:41 02.09.2021

Vəkildən ailə qurmaq istəyən gənclərə tövsiyə: “Düşünməyin ki, ayıbdır...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ailə qurmaq istəyən gənclərə deyirəm - nikah müqaviləsi bağlayın. İlk 3 il uşaq barədə düşünməyin”.
Qaynarinfo xəbər verir ki, bunu hüquq müdafiəçisi Fərhad Mehdiyev deyib. Vəkil gənclərə tövsiyə edib ki, nikah müqaviləsində gələcəkdə boşanma olarsa, əmlakın necə bölünəcəyi kimi müddəalar mütləq qeyd etsinlər:
"Ayıbdır-filan söhbətləri də etməyin, necə olsa, azı 40% cütlüklər boşanır və boşananda da, tərəflər evlənəndə heç vaxt düşünə bilməyəcəkləri iyrənclik və rəzalətləri görürlər, yaşayırlar və s. Odur ki, mədəni və rasional insan olaraq, evlənmədən əvvəl - bir-birinizə "can" dediyiniz günlərdə nikah müqaviləsi bağlayın. Orada məişəti necə idarə edəcəyinizi, uşaqlarınızla münasibəti, bir-birinizə və qohumlarınıza təktərəfli, ya da qarşılqlı söyüş söyülmə halında bunun cəzasının nə olacağı, zorakılıq halında bunun nəticəsinin nə olacağı, qazanacağınız pulun kimə aid olacağı, necə xərclənəcəyi, boşanma halında əmlakın necə bölünəcəyi kimi müddəalar yazın. Gecə başqa yerdə qala bilərmi, ayda neçə dəfə, həftənin neçə günü evə sərxoş gələ biləcəyi, hansı dərəcədə sərxoş ola biləcəyi ilə bağlı şeyləri, gülməli gəlsə də, yaza bilərsiniz.
İtirməkdən qorxmadığınız və təklikdə qaldığınızda qarşısında diz çökmək istəmədiyiniz insanla ailə qurmayın”.
Bahar Rüstəmli