Xəbər lenti

Vəkillər Kollegiyası tanınmış vəkilin fəaliyyətini dayandırdı
Ölkə14:33 20.11.2017

Vəkillər Kollegiyası tanınmış vəkilin fəaliyyətini dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vəkillər Kollegiyası tanınmış vəkil Yalçın İmanovun fəaliyyətini dayandırıb.
"Qaynarinfo" "Report"a istinadən xəbər verir ki, bu barədə qərar bu gün Kollegiyanın Rəyasət Heyətinin iclasında çıxarılıb.
Qərara əsasən, ona vəkillik fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.
Y.İmanovun Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət ediləcək və həmin vaxta qədər isə o, heç bir prosesə çıxa bilməz.
Qeyd edək ki, Y.İmanov barədə Vəkillər Kollegiyasına şikayəti Penitensiar Xidmətinin rəhbərliyi edib.
Qaynarinfo.Az