Xəbər lenti

Velobaqaj probleminə rəsmi reaksiya: "Nəzərdə tutulub"
Ölkə13:20 05.09.2016

Velobaqaj probleminə rəsmi reaksiya: "Nəzərdə tutulub"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda velosipedçilər avtobuslara velobaqaj qoyulmasını istəyirlər. Bununla bağlı artıq sosial şəbəkələrdə "event" yaradıb, imza toplanılır. Velobaqaja tələb isə şəhərin bəzi istiqamətlərinə velosipedlə getməkdə çətinliyin yaranmasıdır. 

Məsələ ilə bağlı danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Qaynarinfo.Az-a açıqlamasında bildirib ki, artıq nəqliyyatdakı gələcək planlara dair yeni konsepsiyalar hazırlanıb və bu problem də həmin konsepsiyaya daxildir:

"Yeni konsepsiyada velosiped yolları üçün yeni zolaqların salınması da nəzərdə tutulub. Konsepsiyanın hazırlanmasında yerli və  xarici şirkətlər də iştirak edib. Yaxın zamanlarda hazırlanmış konsepsiya mətbuata təqdim olunacaq. Burada təkcə velobaqaj deyil,  uşaq arabaları üçün də avtobus daxilində yer ayrılması nəzərdə tutulur. Bilirsiniz ki, uşaq arabaları üçün xüsusi yeri olmaması avtobuslarda həm valideynlərə, həm də vətəndaşlara narahatlıq yaradır. Onu da qeyd edim ki, paytaxtda 2010 avtobus fəaliyyət göstərir. Onların yenilənməsi və dediklərimizin tətbiqi vaxt aparacaq. Bundan başqa, bu avtobuslarda dediyimiz problemlər kiçik önəm daşıyır. Zəruri olan odur ki, avtobuslarda təhlükəsizlik bərpa olunsun və texniki nasazlıqlar aradan qaldırılsın. Bundan başqa, konsepsiyaya bildiyiniz kimi, bir sıra dövlət orqanları da rəy verəcək, yəqin ki, əlavələr və dəyişikliklər olacaq".

Pərvin Zeynal