
Bakıda xuliqanlıq hadisəsi baş verib.
Qaynarinfo.Az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Bakıxanov Hüseyn Fərhad oğlu polisə ərizə ilə müraciət edərək bildirib ki, Salyan şossesi 30 ünvanının qarşısında velosipedi ilə hərəkətdə olarkən “Mitsubishi” markalı avtomobil onu divara sıxıb.
O həmin sürücüyə iradını bildirdikdə “Mitsubishi”ni idarə edən şəxs avtomobili saxlayaraq düşub və velosipedçini döyərək hadisə yerindən uzaqlaşıb.
H.Bakıxanov müayinə olunub. Araşdırma aparılır.
Qaynarinfo.Az