ABŞ-ın vitse-prezidenti Cey Di Vens The Wall Street Journal nəşrini onun Amerika qoşunlarının Ukraynaya göndərilməsi ehtimalı ilə bağlı sözlərini təhrif etməkdə tənqid edib.
Qaynarinfo xəbər verir ki, o, sosial şəbəkə X-də bildirib ki, ABŞ hərbçiləri Amerikanın maraqları olmayan yerlərdə təhlükəyə məruz qalmamalıdır.
"Amerika qoşunları heç vaxt elə bir yerdə təhlükəyə məruz qalmamalıdır ki, bu, ABŞ-ın maraqlarına və təhlükəsizliyinə xidmət etməsin. Bu müharibə Rusiya və Ukrayna arasında gedir. WSJ-in sözlərimi təhrif etməsi absurddur, lakin təəccüblü deyil, çünki onlar illərdir ki, daha çox amerikalı oğul və qızı hərbi formada səbəbsiz yerə xaricə göndərmək üçün təkid edirlər", - deyə rəsmi şəxs yazıb.
Xatırladaq ki, fevralın 14-də Cey Di Vens The Wall Street Journal-a müsahibəsində bildirib ki, əgər Rusiya lideri müharibəni dayandırmaq üçün danışıqlardan imtina edərsə, ABŞ hakimiyyəti Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək və öz hərbçilərini Ukraynaya göndərəcək.
Onun sözlərinə görə, bu tədbirlər Putini Ukrayna ilə razılığa gəlməyə məcbur etmək üçün lazım ola bilər.
O bildirib ki, Ukrayna "suveren müstəqilliyə" malik olmalıdır, əks halda ABŞ Moskvaya qarşı sanksiyalar tətbiq edəcək və bəlkə də, Putin Kiyevin uzunmüddətli müstəqilliyini təmin edəcək sülh müqaviləsinə razılaşmasa hərbi əməliyyatlara başlayacaq.
Alpər
Şərhlər