Xəbər lenti

Vergi amnistiyasından kimlər bəhrələndi: İntizam pozan qurumlar hansılardır?
Ölkə11:40 17.01.2017

Vergi amnistiyasından kimlər bəhrələndi: İntizam pozan qurumlar hansılardır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bu siyahıya Azərbaycan İslam Həmrəyliyi Oyunlari Əməliyyat Komitəsi başılıq edir".

Qaynarinfo.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

Qubad İbadoğlu bildirib ki, artıq vergi amnistiyası tətbiq olunmağa başlayıb: "İlk növbədə 01.01.2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi və fiizki şəxslərin adları açıqlanıb". Məlum olub ki, bu aksiyadan ən çox faydalananlar aşağıdakı hüquqi şəxslər olub:

Azərbaycan İslam Həmrəyliyi Oyunlari Əməliyyat Komitəsi 

22 milyon 676 manat 116 manat 10 qəpik

Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi -

14 milyon 145 min 408 manat 66 qəpik 

 "Azərsu" Açiq Səhmdar Cəmiyyəti 

13 milyon 692 min 457 manat 91 qəpik

Azərbaycan Respublikasi Gənclər və İdman Nazirliyi 

4 milyon 175 min 386 manat 41 qəpik

Ekspert vurğulayıb ki, göründüyü kimi, amnistisiya siyahisına Azərbaycan İslam Həmrəyliyi Oyunlari Əməliyyat Komitəsi (AİHOƏK) rəhbərlik edir: "Çox maraqlıdır ki, əsasən fəaliyyəti bu il nəzərdə tutulan AİHOƏK gecikdirilmiş vergi borclarına görə iri məbləğdə borcu olan hüquqi şəxs olub. Ən çox vergi intizamını pozanlar isə Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi, "Azərsu" Açiq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasi Gənclər və İdman Nazirliyi olub".

Qaynarinfo.Az