Xəbər lenti

“Vergi mədəniyyətinin təbliği” layihəsi çərçivəsində maarifləndirici görüşlər keçrildi
Ölkə11:56 03.11.2020

“Vergi mədəniyyətinin təbliği” layihəsi çərçivəsində maarifləndirici görüşlər keçrildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən icra olunan "Vergi mədəniyyətinin təbliği” adlı layihə çərçivəsində Salyan, Xaçmaz, Şamaxı rayonları və Şirvan şəhərində maarifləndirici görüşlər keçirilib. 
Görüşlərdə regionlarda fəaliyyət göstərən sahibkarlar, müxtəlif müəssisə və təşkilatlarda çalışan mühasiblər və QHT nümayəndələri iştirak ediblər. 
Keçirilən görüşlərdə "Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyinin sədri Cavid Əliyev çıxış edərək layihənin keçirilmə məqsədi və hədəfləri barədə iştirakçılara ətraflı məlumat verib.
Daha sonra vergi sahəsində ekspert Zakir Rəhim vergi məcəlləsinə edilmiş dəyişikliklər mövzusunda xüsusilə pandemiyadan zərər çəkən sahibkarlara güzəştlər barəsində iştirakçıları praktiki məlumatlandırmışdır. Görüşlər qarışıqlı müzakirələr formatında davam edib.
Qeyd edək ki, görüşlər mövcud karantin qaydalarının tələblərinə uyğun təşkil olunub. Layihənin sonunda daha çox şəxsin maarifləndirilməsi üçün videoçarx hazırlanması nəzərdə tutulub.