
Xəbər verildiyi kimi bir neçə gün əvvəl Ukraynanın DövlətFiksal Xidmətinin (Vergilər Nazirliyi statusunu daşıyır) rəhbəri,milliyyətcə azərbaycanlı Roman Nəsirov saxlanılıb. Ukraynanın MilliAntikorrupsiya Bürosu onu "korrupsiyada" və dövlətə "2 milyard qrivenziyan vurmaqda" ittiham edir. İttihama əsasən Roman Nəsirov DövlətFiksal Xidmətinin rəhbəri kimi öz səlahiyyətlərindən "sui-istifadə"edərək hazırda mühacirətdə olan oliqarx Aleksandr Onişşenkonunşirkətlərinə vergi möhləti verib.
Nəsirovun barəsində çıxarılmış iki aylıq həbs qətimkan tədbiri artıqxəbər verildiyi kimi, bu gün şərti azadlıqla əvəzlənib. Ailəsi onunzaminə buraxılması üçün tələb olunan 100 milyon qriveni (3.4 milyondollara yaxın) nəhayət tapıb cəmləşdirə bilib və indi Nəsirov barəsindəirəli sürülmüş ittihamlardan özünü müdafiə etmək üçün məhkəmənigözləyəcək. Hansı ki, o, həbs olunandan dərhal sonra buittihamların absurd olduğunu bəyan etmişdi və bildirmişdi ki,mülkiyyətçisinin kimliyindən asılı olmayaraq hansısa şirkətə vergimöhlətinin verilməsi qanunların pozulması deyil. Əksinə, belə möhlətölkənin vergi məcəlləsində nəzərdə tutulub.
"Mənə qarşı irəli sürülmüş bütün ittihamları əsassız vəsübutsuz hesab edirəm. Mənim həbsim qanunsuzdur və prosessualnormaların, hüquqlarımın kobud şəkildə pozulması ilə həyata keçirilib"- Nəsirov məhkəmədə deyib.
Qısa arayış: Roman Mikayıl oğlu Nəsirov 1979-cu ildəKiyevdə anadan olub. Onun atası Mikayıl Nəsirov 1976-cı ildəAzərbaycandan Ukraynaya köçüb və orada ailə qurub. 2001-ci ildə KiyevDövlət Universitetitini bitirib, daha sonra Londonda menecment təhsilialıb. Uzun müddət bank sektorunda işləyib, daha sonra "Konkord Kapital"investisiya şirkətində qiymətli kağızların idarəolunmasına rəhbərlikedib. Kifayət qədər uğurlu biznesmen kimi tanınan Nəsirov 2013-cü ildəilk dəfə dövlət işinə keçib, "Ukrayna Ərzaq-Buqda Dövlət Korporasiyası"sədrinin müavini təyin olunub və 2014-cü ilə qədər həmin vəzifənitutub. Yanukoviçin devrilməsindən və "Maydan" hadisələrindən sonraNəsirov indiki prezident Pyotr Poroşenkonun başçılıq etdiyi seçkisiyahısında deputatlığa namizədliyini irəli sürüb, deputat seçilib.Poroşenko prezident seçiləndən sonra Nəsirov Dövlət Fiksal Xidmətininrəhbəri təyin edilib. Onun vergi və gömrük idarələrini özündəbirləşdirən bu Xidmətə rəhbərliyi dövründə vergi yığımı 2 dəfə artıb.Çünki Nəsirov vergidən yayınan iri oliqarxları belə vergi ödəməyə cəlbedə bilib.
Bəs bu vəzifədə tezliklə parlayan, Ukrayna hökumətinin gəncvə islahatçı kadrlarından biri kimi tanınan Roman Nəsirovun həbsinin əslmotivi nədir?
"Qaynar" virtualaz.org-aistinadən xəbər verir ki, Nəsirov əslində bu ölkə hakimiyyətində hökmsürən intriqaların güdazına gedib. Bu məqamlar barədə daha sonra.Hələlik vergi nazirinə qarşı irəli sürülmüş ittihamın və mətbuatda onunbarəsində az qala "1 nömrəli korrupsioner" imici yaradılması üçünUkrayna, eləcə də Rusiya mətbuatında başladılmış kampaniyanın əsasınıtəşkil edən fakt barədə.

Beləliklə, Roman Nəsirov Ukraynadan qaçan oliqarx, Regionlarpartiyasından deputat Aleksandr Onişşenkoya bağlı şirkətlərə vergimöhləti verməkdə və bununla da dövlətə külli miqdarda ziyan vurmaqdaittiham olunur. Həmin Onişşenko ki, Ukraynadan qaçandan sonra prezidentPoroşenkoya qarşı kompromatlar yaymağa başladı. O, Ukrayna üçün təbiiqazın alınmasına dair tenderlərdə korrupsiyaya yol verib , 100 milyondollar mənimsəməkdə ittiham olunur və axtarışdadır.
Vəkilləri deyir ki, Nəsirova qarşı irəli sürülmüş korrupsiyaittihamının heç bir əsası yoxdur. Axı vergi məcəlləsində nəzərdə tutulanmüddəanın tətbiqi-iri məbləğdə vergi borcu olan şirkətlərə borcunödənilməsi üçün möhlət verilməsi korrupsiyaya dəlalət etmir. Ali Radanındeputatı Aleksandr Kirş də "RBK-Ukrayna" agentliyinə elə bunları deyir.Onun sözlərinə görə, hansısa müəssisəyə vergi möhləti vermək qətiyyənkorrupsiya sayıla bilməz və Nəsirova qarşı irəli sürülmüş ittiham"absurddur".
"Tutaq ki, hansısa müəssisə indi vergiləri ödəyə bilmir, bunaimkanı yoxdur, ancaq sonra ödəyə bilər. Nəyə görə ona qanunda nəzərdətutulduğu kimi möhlət verilməsin? Xüsusən də həmin möhlətin əvəzindəvergi borcunun üzərinə inflyasiyadan yuxarı faiz hesablanırsa?"-deputat sual edir. "Əgərbiz müəssisəyə möhlət verməsək o məcbur olub vergini ödəmək üçün əsasfondları satacaq, nəticədə müflis olub işini dayandıracaq. O zaman vergiməmurunu ittiham edəcəklər ki, müəssisəni batırıb"-Kirş əlavəedir. Deputat deyir ki, Nəsirovun həbsindən sonra heç bir vergi məmuruqanunda nəzərdə tutulmuş həmin müddəanı tətbiq edə bilməyəcək, çünkiqorxacaq ki, onu da həbsxanaya sala bilərlər.
Ukrayna hakim elitasına yaxın mənbələrdən virtualaz.org-a məlum olubki, Roman Nəsirovun həbsi əslində siyasidir. Mənbələr deyirlər ki,azərbaycanlı nazir ABŞ-ın indiki administrasiyasına yaxın fiqur hesabedilir. Onun prezident Donald Trampla şəxsi əlaqələri vətəmasları olub. (Mənbəmiz Nəsirovun Trampla fotosunu da saytımıza təqdimedib) Hazırda Tramp administrasiyası Ukraynaya dair siyasətin nədənibarət olacağını müəyyənləşdirməyib və Kiyevdə yeni siyasətin necəolacağını narahatlıqla gözləməkdədirlər.
Əvvəllər Tramp Ukraynaya dəstəyin davam edəcəyi haqda danışmaqistəmirdi və bu məsələdən yayınırdı. Lakin demokratların və Rusiyayaqarşı sərt xətt tərəfdarı olan respublikaçıların güclü təzyiqlərindənsonra Donald Tramp və onun administrasiyasının üzvləri Ukraynayadəstəyin davam edəcəyini bəyan ediblər. Və məlumatlara görəTramp administrasiyasında hazırlaşırdılar ki, Ukrayna hökumətinin gənc,islahatçı üzvü kimi Roman Nəsirova stavka etsinlər. Başqa sözlə azərbaycanlı nazir Ukrayna hökuməti ilə ABŞ-ın yeni administrasiyası arasında körpü rolunu oynamalı idi.
"Lakin Ukrayna hökumətinin digər qanadı-hələ də bundan əvvəlhakimiyyətdə olan demokratların çaldığı havaya oynayanlar NəsirovunTramp administrasiyasına çıxış imkanlarından narahat oldular və onu vurub sıradan çıxarmaq üçün hərəkətə keçdilər"-Ukrayna siyasi elitasında gedən intriqaların pərdəarxasına yaxşı bələd olan Kiyevdəki mənbəmiz deyir.

"Nəticədə Nəsirov ABŞ-da hələ də söz sahibi olan Co Baydenkimi demokratların, habelə Con Makkeyn kimi "qırğıların" və Trampa qarşıolan respublikaçıların, eləcə də Ukraynaya dair siyasətin nədən ibarətolacağını hələ müəyyənləşdirə bilməyən yeni administrasiyanın yaratdığısiyasi vakuuma düşdü"-mənbə əlavə edir.
Situasiya ilə tanış olan digər mənbə isə deyir ki, hakimiyyətdəkiqruplaşmalar bundan əvvəl Nəsirovdan Odessa qubernatoru MixailSaakaşvilinin vurulması üçün istifadə ediblər. Onların arasında münaqişəyaratmağa nail olublar və nəticədə Saakaşvili Poroşenkonun komandasınaqarşı tənqidlərdə Nəsirova da hücuma keçirdi.
"Bütün bunlarla yanaşı Nəsirovun vurulmasında indikikomandanın ən odioz və intriqabaz fiquru, Bakı ermənisi Arsen Avakovunda rolunu istisna etmək lazım deyil"-mənbə deyir.

Doğrudan da son illər Ukraynada önə çıxan xeyli azərbaycanlı iş adamıAvakovun və onun "Azov" batalyonunun yaraqlılarının əli ilə sıradançıxarılıb, onlarla iş adamı oğurlanıb, iri məbləğlərdə pulları alınıb.Bir çoxları isə xəbərsiz itkin düşüb. Ukraynada azərbaycanlı işadamlarına qarşı sistemli hücumlar Azərbaycan rəhbərliyini də ciddinarahat edib. Xəbər verildiyi kimi bir neçə ay əvvəl AzərbaycanBaş prokuroru Zakir Qaralov ukraynalı həmkarına rəsmi məktub göndərərəkbu məsələdən narahatlıq ifadə etmişdi.
Bu baxımdan Nəsirovun həbsi ətrafında baş verənlər də Azərbaycanda narahatlıqla izlənilir. Bakıdahaqlı olaraq sual yaranır: bu həbs və Nəsirova qarşı başladılmışkampaniya Ukraynada nüfuzlu azərbaycanlılara qarşı kriminalın və digərqruplaşmaların əli ilə həyata keçirilən sistemli təqiblərin tərkibhissəsi ola bilərmi?
Qaynar.Az