Xəbər lenti

Vergilər Nazirliyi “Nurgün Motors”un əmlakını siyahıya aldı - RƏSMİ
Ölkə13:00 13.04.2015

Vergilər Nazirliyi “Nurgün Motors”un əmlakını siyahıya aldı - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Nurgün Motors” şirkətinin əmlakı Vergilər Nazirliyinin əməkdaşları tərəfindən siyahıya alınıb. Çünki şirkət vergi borclarını ödəyə bilmir”. Bunu virtualaz.org saytına Vergilər Nazirliyinin mətbuat xidmətindən “Nurgün Motors” şirkətinin fəaliyyətinin dayandırılması barədə KİV-də yayılan informasiyaları şərh edərkən bildiriblər.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Mehdi Mirsalamovun sözlərinə görə, əmlakın siyahıya alınması şirkətin fəaliyyətinə heç bir təsir göstərməyəcək: “Çünki söhbət şirkətin əmlakının onun borclarını ödəməyə kifayət edəcək dəyərdəki hissəsinə həbs qoyulmasından gedir”.
Qaynar.info