Xəbər lenti

Vergilər Nazirliyi "Bank Standard"ın vergi borcu barədə məlumat verdi
Ölkə17:53 14.10.2016

Vergilər Nazirliyi "Bank Standard"ın vergi borcu barədə məlumat verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin vergi borcu yoxdur. 

Bunu "Report"un sorğusuna cavab olaraq Vergilər Nazirliyindən deyiblər.

Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliklərinə gəlincə isə, adı çəkilən qurum bu məlumatın bank sirri olduğunu əsas gətirərək açıqlamayıb. 

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard"ın lisenziyasını sentyabrın 30-da ləğv edib. Hazırda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nəzarəti altında bankın məcburi ləğvetmə prosesi gedir. 

Qaynarinfo.Az