Xəbər lenti

Vergilər Nazirliyinin yeni binası nə vaxt hazır olacaq?
Ölkə16:30 30.12.2017

Vergilər Nazirliyinin yeni binası nə vaxt hazır olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vergilər Nazirliyinin yeni inzibati binasının tikintisi davam etdirilir.
Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, Heydər Əliyev prospekti 105 və Müzəffər Nərimanov küçəsinin kəsişməsində tikilən bu bina 33 mərtəbədən ibarət olacaq.
169 metr yüksəkliyində olacaq bina Türkiyənin "Tekfen İnşaat” şirkəti Azərbaycanın Vergilər Nazirliyi ilə imzalanmış müqavilə əsasında tikir.
Bakının əsas simvol layihələrindən olan binanın inşasının 2018-ci ildə istifadəyə veriləcəyi gözlənilir.
Qeyd edək ki, sözügedən binanın təməli sabiq vergilər naziri Fazil Məmmədovun vəzifədə olduğu zamanda atılıb. Vergilər naziri hazırda Mikayıl Cabbarovur.