Xəbər lenti

“Vertolyotdakı pilotlardan biri sağ qalıb” - ERMӘNİLӘR
Ölkə05:39 14.11.2014

“Vertolyotdakı pilotlardan biri sağ qalıb” - ERMӘNİLӘR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Erməni tərəfi təmas xəttinin Ağdam istiqamətində Azərbaycan ordusu tərəfindən vurulmuş Mi-24 hücum vertolyotuna dair yeni iddia ilə çıxış edib.

Virtualaz.org xəbər verir ki, qondarma “DQR müdafiə nazirliyinin” sözçüsü Senor Həsrətyan vurulan vertolyotun pilotlarından birinin “ola bilsin sağ qaldığını” deyib. “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında Həsrətyan deyib ki, vertolyot təmas xəttinə yaxın yerdə düşdüyündən bunu dəqiqləşdirmək mümkün deyil. Bundan əvvəl erməni tərəfi hər üç pilotun öldüyünü təsdiqləmişdi.

Qondarma rejimin “müdafiə nazirinin müavini” olan David Babayan da vertolyotun heyət üzvlərindən birinin “sağ qaldığını”, hazırda bu məsələnin dəqiqləşdirilməsi üçün cəhdlər edildiyini bildirib. Erməni tərəfi vertolyotun heyət üzvlərinin cəsədlərinin qaytarılması üçün Beynəlxalq Qırmızı Xaçdan kömək istədiyini bir daha xatırladıb. Beynəlxalq Qırmızı Xaç isə məsələni Azərbaycan tərəfinə çatdırıb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi vurulan vertolyotun guya qondarma “DQR hava qüvvələrinə” məxsus olduğu haqda erməni tərəfinin iddialarını faktlarla təkzib edib. Nazirliyin bu gün yaydığı rəsmi məlumata görə vertolyot Ermənistan Silahlı Qüvvələrinin İrəvan yaxınlığındakı "Erebuni" hərbi aerodurumunda dislokasiya olunan 15-ci vertolyot bazasına məxsusdur.

Heyət üzvlərinin də hər 3 üzvü Ermənistan Hərbi Hava Qüvvələrinin zabitidir. Ekipaj komandiri mayor Sergey Saakyan İrəvan şəhərində anadan olub, 15-ci helikopter bazasında, 32822 saylı hərbi hissədə xidmət edirmiş, ailəlidir. Ermənistan Hərbi Hava Qüvvələrinin zabitidir. Baş leytenant Sarkis Nazaryan isə Hərbi Aviasiya məktəbini bitirib, Ermənistan Hərbi Hava Qüvvələrinin döyüş helikopterlərində ekipaj üzvü kimi xidmət edib. Ekipajın digər üzvü leytenant Azat Saakyan İrəvan şəhərində yaşayıb, Ermənistan Hərbi Hava Qüvvələrində xidmət edirmiş, hərbi pilotdur.

Qaynar.info