Xəbər lenti

"Vətən Bağı"nın üzvləri şəhid ailələri ilə Naxçıvana səfər edib
Ölkə16:38 04.05.2023

"Vətən Bağı"nın üzvləri şəhid ailələri ilə Naxçıvana səfər edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin üzvləri, şəhid ailələri ilə birgə Naxçıvan Muxtar Respublikasında səfərdədirlər. Səfərin əsas məqsədi Naxçıvandakı şəhid ailələrini ziyarət etmək, ailələr arasında səmimi münasibətlərin qurulmasıdır.
İlk olaraq şəhid ailələri Naxçıvan şəhərində ümumilli lider Heydər Əliyevin xatirəsini yad edərək, onun heykəli qarşısına gül dəstələri qoyublar.
Bundan sonra şəhid ailələri Şərur rayonuna səfər ediblər. Onlar öncə Şərur rayonunda Şəhidlər xiyabanını ziyarət edəcək, sonra isə şəhid Yusifov Əlinin ildönümü olduğu üçün onun anım tədbirində iştirak edəcəklər. 
Qeyd edək ki, 5 gün davam edəcək səfərdə Muxtar Respublikadakı bütün rayonlarda şəhid ailələri ilə görüşlər keçiriləcək, Şəhidlər xiyabanı ziyarət ediləcək...