Xəbər lenti

Vətən müharibəsi qazisi intihar etdi (FOTO)
Ölkə19:40 06.01.2021

Vətən müharibəsi qazisi intihar etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vətən müharibəsi qazisi Vüsal Musayev müalicə aldığı hərbi hospitalda intihar edib.
Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumat Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib. News24.az-a açıqlama verən nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Musayev bu gün intihar edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, II Qarabağ Müharibəsinin iştirakçısı qazi  Vüsal Musayev gərgin döyüşlər nəticəsində kəllə-beyin travması almışdı. Şəhidimizin 2 azyaşlı körpəsi var. V.Musayev Kəlbəcərin Zeylik kəndindən idi. Yaxınlarının verdiyi məlumata görə, o, Talış istiqamətində aldığı xəsarət nəticəsində yaddaşını itirmişdi.