Xəbər lenti

Vətən Müharibəsi qəhrəmanlarına vergi güzəşti olacaq
Ölkə15:42 04.10.2021

Vətən Müharibəsi qəhrəmanlarına vergi güzəşti olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda dəyişiklik edilib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, Vətən Müharibəsi qəhrəmanlarının əməkhaqqından tutulan vergiyə güzəşt nəzərdə tutulub.
Buna görə Vətən Müharibəsi qəhrəmanları əməkhaqqından tutulan vergi hesablanarkən güzəşt hüququ almaq üçün Vətən Müharibəsi Qəhrəmanının təltif edilməsi barədə vəsiqəni təqdim etməlidir.