Xəbər lenti

Vətən Müharibəsi şəhidi Ələkbər Ələkbərli Tərtərdə dəfn edildi (FOTOLAR)
Ölkə10:23 06.02.2021

Vətən Müharibəsi şəhidi Ələkbər Ələkbərli Tərtərdə dəfn edildi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vətən Müharibəsində şəhid olan əsgər Tərtərdə  dəfn edilib.
APA-nın Qarabağ  bürosunun məlumatına görə, Vətən müharibəsində şəhid olan Tərtər  rayon Köçərli kənd sakini, 1991-ci il təvəllüdlü, müddətdən artıq hərbçi Ələkbərli Ələkbər Ramiz oğlunun nəşi ata ocağına gətirilib. Şəhidlə vida mərasimində Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və Azərbaycan Ordusunun hərbçiləri, döyüş yoldaşları, rayon ictimaiyyəti iştirak edib. 
İki bacının bir qardaşı olan şəhid Köçərli kənd məzarlığında torpağa tapşırılıb. 
Ə. Ələkbərlinin sentyabrın 29-da Suqovuşanın işğaldan azad olmağı uğrunda gedən döyüşlərdə şəhid olduğu bildirilir.