Xəbər lenti

Vətən müharibəsi şəhidi Gəncədə dəfn ediləcək
Ölkə06:10 28.04.2021

Vətən müharibəsi şəhidi Gəncədə dəfn ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş və dünən nəşi tapılmış Elvin Mustafayev Gəncədə dəfn ediləcək.
Qaynarinfo-nun Report-a istinadən məlumatına görə, Vətən müharibəsi zamanı şəhid olan 23 yaşlı Mustafayev Elvin Fuad oğlunun nəşinin gətirilməsi üçün yaxınları Füzuli rayonuna gediblər. Şəhid bu gün Gəncə şəhərində Şəhidlər xiyabanında dəfin olunacaq.
Qeyd edək ki, Şəhidin ailəsi onunla sonuncu dəfə oktyabrın 28-də danışıblar.