Xəbər lenti

Vətən müharibəsi şəhidinin qız övladı doğuldu (FOTOLAR)
Ölkə11:06 25.03.2021

Vətən müharibəsi şəhidinin qız övladı doğuldu (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vətən müharibəsinin qəhrəmanlarından biri, şəhid Nadir Nadirlinin qız övladı doğulub.
"Report"un məlumatına görə, şəhidin doğum günündə dünyaya göz açan körpənin və anasının səhhəti yaxşıdır.
Atasının vəsiyyətinə uyğun olaraq körpəyə Nadya adı qoyulub.
Qeyd edək ki, şəhid Nadir Arzu oğlu Nadirli 1992-ci ilin martın 23-də Şəmkir rayonunun Qasımalılar kəndində anadan olub. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.