Xəbər lenti

Şəhid ailələri və qazilərlə bağlı yeni vergi güzəştləri qüvvəyə mindi
Ölkə05:29 01.01.2022

Şəhid ailələri və qazilərlə bağlı yeni vergi güzəştləri qüvvəyə mindi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yanvarın 1-dən Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib.
Qaynarinfo-nun məlumatına görə, bu, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, 2022-ci il yanvarın 1-dən şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdiyi maddi yardımın 20000 manatadək olan hissəsi və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20000 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq.
Maddi yardım almış mülki şəxslərə bu güzəşt o halda veriləcək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəxsin hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edildiyini təsdiq edən arayış təqdim edilmiş olsun.