Xəbər lenti

Vətən müharibəsində şəhid olan əsgər Sumqayıtda dəfn edildi (FOTOLAR)
Ölkə13:47 26.12.2020

Vətən müharibəsində şəhid olan əsgər Sumqayıtda dəfn edildi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan əsgəri dəfn edilib.
"Report"un məlumatına görə, Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olan Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifov Hüseyn İsaq oğlunun nəşi bu gün ailəsinə təhvil verilib.
Şəhid əsgər Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, H.Yusifov sonuncu dəfə ailəsi ilə sentyabrın 29-da danışıb. Həmin vaxtdan əsgərin taleyi barədə məlumat əldə etmək mümkün olmayıb. Ötən gün onun şəhid olduğu məlum olub.
Allah rəhmət eləsin!