Xəbər lenti

Vətən Müharibəsinin daha bir qəhrəmanı - Elşad Məmmədov
Ölkə18:17 06.12.2020

Vətən Müharibəsinin daha bir qəhrəmanı - Elşad Məmmədov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaynarinfo Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarla bağlı təqdimatları davam etdirir. Bu dəfə şəhid Elşad Məmmədovla bağlı məlumatları təqdim edirik:
Əslən Ağdamın Mərzili kəndindən olan Məmmədov Elşad Əvəzoğlu 1990-cı ilin 7 iyulunda Beyləqan rayon Təzəkənd kəndində dünyaya gəlib. Beyləqan rayon Təzəkənd kənd orta məktəbində orta təhsilini başa vuran Elşad Məmmədov hərbi xidmətə yollanır. Müəllim olan ata-anası Elşada hərbi xidməti başa vurduqdan sonra universitetə hazırlaşmağı məsləhət görsə də, şəhdimiz "Biz niyə ata-baba yurdumuza getmirik? Axı biz qarabağlıyıq" deyib. Valideynləri ona "İnşallah, o gün də gələcək" desə də, Elşad fikrindən dönməyib və hərbi sahəyə yönəlib. 
Murov zirvəsinə təyin olunan Elşad Məmmədov 5,6 il MAXE olaraq arxa cəbhədə xidmət edir. 27 sentyabrda Vətən müharibəsi başldıqdan sonra isə Murovdan ön cəbhəyə yazılmaq üçün komandirə müraciət edir. Komandir "Hələ səfərbərlik elan olunmayıb, olunsa sənin adını yazaram" desə də, Elşad bununla razılaşmayıb və könüllü ön cəbhəyə yazılıb. Komandirə isə "Atamgil zəng eləsə, burda olduğumu deyin" deyərək xahiş edib.
27 sentyabrdan könüllü olaraq ön cəbhədə döyüşlərə qatılan Elşad Məmmədov 26 oktyabrda Füzuli rayonun Əbdülrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. 
2 ildi evli olan 1 yaşında qızı var.