Xəbər lenti

Vətəndaş çəkiclə obyektlərə hücum etdi - İmişlidə etiraz
Ölkə13:34 23.03.2015

Vətəndaş çəkiclə obyektlərə hücum etdi - İmişlidə etiraz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İmişli şəhərində maraqlı olay yaşanıb. Avropa.info xəbər verir ki, İmişli sakini Baloğlan adlı şəxs əlində çəkic  şəhərin mədəniyyət evinin qarşısında yenicə tikilməkdə olan ticarət obyektlərə hücum edib. 
Obyektlərin qanunsuz olaraq tikildiyini deyən bu şəxs yolun bağlandığını bildirib. Şəhər sakinləri və əraziyə sonradan gələn polis əməkdaşlarının səyi nəticəsində Baloğlan adlı şəxsi ərazidən uzaqlaşdırmaq mümkün olub. Onun rayon polis şöbəsi rəisinin sürücüsünün qardaşı olduğu bildirilir.
Qeyd edək ki, İmişlidə mədəniyyət evinin qarşısının biznesmenlərə satılması rayonda narazılığa səbəb olub. Rayon sakinləri bunun icra başçısı Vilyam Hacıyev tərəfindən edildiyini deyirlər. 
Xatırladaq ki, bundan öncə, İmişlidə Şəhidlər Xiyabanı ərazisinin satılması məsələsi də ciddi qalmaqala səbəb olmuşdu.
Qaynar.info