Xəbər lenti

Vətəndaş prezidentdən kömək istədi
Ölkə07:17 19.06.2014

Vətəndaş prezidentdən kömək istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Oğlumun qatil olmadığına əminəm"

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsi 10/3 ünvanda yaşayan Böyükağa Knyaz oğlu Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edib. 

Qaynar.info həmin müraciəti olduğu kimi təqdim edir: 

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına,

Azərbaycan Respublikasının  Baş prokuroru cənab  Zakir Qaralova, 

Azərbaycan Respublikasının Daxili  İşlər Naziri cənab Ramil Usubova

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsi 10/3 ünvanda yaşayan Böyükağa Knyaz oğlu Məhərrəmov tərəfindən müraciət 

Cənab Prezident!

30  avqust  2013-cü il  tarixdə  yetkinlik  yaşına çatmayan oğlum  Kinyazlı  Kinyazın da  iştirak etdiyi   mübahisə  zamanı  Ceyhun Maksudov  adlı şəxs   1  ədəd  bıçaq  zərbəsi  alaraq  bir  neçə gündən sonra  xəstəxanada dünyasını dəyişib. 

Bu qətl  hadisəsi ilə bağlı Xətai rayon prokurorluğunda  130110422  saylı cinayət  işi açılıb. 10  ay davam edən istintaq  materiallarında  oğlumun  ölən şəxsi  bıçaqla vurmağı  ilə bağlı bir cümlə, hətta bir epizod  da  olmadığı halda, 16  iyun 2014-cü il  tarixdə müstəntiq  Teymur Qarayev  gecə yuxuda  nə görübsə  səhəri günü  Xətai rayon prokurorluğu  oğlumun qatil olması barədə  qərar çıxarıb. 

Mən oğlumun qatil olmadığına  100 faiz  əminəm. Və bilirəm ki, ədalətli istintaq  prosesi  gedərsə,  bu  sübut olunacaq.  

Cənab Prezident! Mən Sizdən oğluma  kömək etməyi xahiş etmirəm.  Sizdən  artıq dərəcədə xahiş edirəm ki, işin obyektiv aparılması üçün müvafiq orqanlara göstəriş verəsiniz".

Qaynar.info