Xəbər lenti

Vətəndaşı maskada, müğənnini
Ölkə 20:00 30.12.2025

Vətəndaşı maskada, müğənnini "Maybach"da qarşılayan icra başçısı (REPLİKA)

Xalq artisti Röya Ayxanın Xətai Rayon İcra Hakimiyyəti başçısı və bir sıra vəzifəli şəxslər tərəfindən təmtəraqla qarşılanması sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Qaynarinfo-nun verdiyi xəbərə görə, icra başçısı Rafiq Quliyevin və digər rəsmi şəxslərin az qala boy sırasına düzülərək müğənninin gəlişini gözləməsi suallar doğurub. Daha sonra qara rəngli, lüks  "Mercedes-Maybach" avtomobilindən düşən Röyanın idman geyimində olması da diqqət çəkib.
 


Qızışan müzakirələrə cavab olaraq günün sonunda İcra Hakimiyyətinin yaydığı açıqlamada Xalq artistinin xüsusi, məxsusi, özəl və gözəl qarşılanması belə izah olunub: "... İnsanın evinə qonaq gələndə onu qarşılayırlar... Burada pis nəsə yoxdur”.

Nə demək olar, Allah sizi də qorusun, qonağınızı da!

Amma aşağıda təqdim etdiyimiz bu şəkil də bir neçə gün əvvəl çəkilib. Görünür vətəndaşı maskada, müğənnini həyətdə - "Maybach"da qarşılamaq da  adətdəndir. Ya da ənənədən...
 



--> -->