Xəbər lenti

Vətəndaşlar niyə Əhməd Muxtarovun qəbuluna düşə bilmirlər?
Ölkə11:35 27.03.2014

Vətəndaşlar niyə Əhməd Muxtarovun qəbuluna düşə bilmirlər?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hacıqabul rayon İcra Hakimiyyətində qəbul günləri şikayətçilər problemlə üzləşirlər. 

Belə ki, onların hamısına icra başçısının qəbuluna düşmək imkanı yaradılmır. 

Bunu Bizimxeber.az-a qəbula düşə bilməyən rayon sakinləri deyiblər.

Onların bildirdiyinə görə, İcra Hakimiyyəti tərəfindən belə bir addımın atılmasının dəqiq səbəbi məlum deyil. Sadəcə belə bir təlimatın icra başçısı tərəfindən verildiyi deyilir.

Qeyd edək ki, digər rayonlardan fərqli olaraq yetərli qədər sosial və iqtisadi problemləri olan Hacıqabulda həmişə şikayətçilərin sayı çox olub. İcra Hakimiyyətinin qarşısına narazıların yığışması da icra başçısının narahatlığına səbəb olmuşdu. Əhməd Muxtarovun belə bir təlimat verməsinin səbəbi onun şikayətçilərin çox olmasından narahat olmasıdır.

Belə ki, Hacıqabulun icra başçısı ehtiyat edir ki, çoxlu sayda şikayətçilərin olması onun haqqında yuxarıda mənfi rəy yaradar. Üstəlik, o, ehtiyat edir ki, hansısa jurnalist bu qədər şikayətçinin bir araya gəldiyi böyük səs-küyə səbəb olar. 

Məlumatda o da deyilir ki, Əhməd Muxtarov rayonda üzləşdikləri problemlərdən dolayı şikayətçi düşmüş vətəndaşların məsələlərini həll etmək yerinə, onlara təzyiqlər etdirməyə daha çox üstünlük verir. İcra başçısı bu yolla şikayət edənlərin sayının azaldacağını düşünür.

Qaynar.info