Xəbər lenti

Vətəndaşlar şikayət etdi, məşhur vəkilin fəaliyyəti dayandırıldı
Ölkə14:40 22.07.2017

Vətəndaşlar şikayət etdi, məşhur vəkilin fəaliyyəti dayandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə tanınmış vəkil Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırılıb.

"Qaynarinfo" xəbər verir ki, bu barədə gununsesi.info-ya Vəkillər Kollegiyasıının Rəyasət Heyətinin üzvlərindən biri məlumat verib. Məlumatda qeyd olunur ki, telekanalların məhşurlaşdırdığı Şəfiqə Nağıyeva barəsində kollegiyaya saysız şikayətlər daxil olub. Həmin şikayətlərdə vətəndaşlar vəkilin onları aldatdıqlarını bildiblər.

Məsələ ilə bağlı Şəfiqə Nağıyevanın özündən bu barədə soruşmaq cəhdi baş tutmayəb. Telefon zənginə cavabında özünü köməkçi kimi təqdim edən şəxs Şəfiqə Nağıyevanın mövqeyini açıqlayacağını deyib: "Özünün cavabını sizə təqdim edərəm".

Qaynarinfo.Az