Xəbər lenti

Vətəndaşlara külli miqdarda ziyan vuran şəxs saxlanıldı - Bakıda
Ölkə15:48 11.04.2016

Vətəndaşlara külli miqdarda ziyan vuran şəxs saxlanıldı - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda vətəndaşlara külli miqdarda ziyan vuran dələduz qadın saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Qaynar.info-ya verilən məlumata görə,  «Topstap LTD» MMC-nin təsisçisi Mətanət Həsənova ötən ilin noyabrından bu ilin mart ayınadək olan müddətdə ayrı-ayrı vətəndaşları adıçəkilən cəmiyyətin nəzdindəki tədris mərkəzinə işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və Mətanət Həsənova şübhəli şəxs qismində tutulub.

Hazırda faktla bağlı istintaq davam etdirilir.

Qaynar.info