"Bu cür davranış çox təhlükəlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla son günlər koronavirusa yoluxanların sayının kəskin artmasından danışarkən deyib.
Onun sözlərinə görə, bunun səbəbi ziyafətlərin, qonaqlıqların təşkilidir:
"Xəstəlik getdikçə artır. Bunun səbəbi də insanların münasibətindən asılıdır. SMS icazəsinin vaxtı artırılan kimi ziyafətlərin, qonaqlıqların sayı artmağa başlayıb. Hamı bir-birinə qonaq gedir. Həyət evində yaşayanlar hamısı qrup-qrup yığışıb çay içib, küçədə domino oynayır. Bunlar yoluxmaların sayını artırıb”.
Adil Qeybulla bildirib ki, karantinlə bağlı yumşalmanı dayandırmaq yox, insanların davranışlarına nəzarət lazımdır:
"Vətəndaşlar virusla heç nə olmamış kimi davranır. Bu cür davranış çox təhlükəlidır”.
Bahar Rüstəmli