"Daimi qeydiyyat vətəndaşın həmin ünvanda yaşamasıdır. Mövcud qanunvericilik tələb etmir ki, vətəndaşın haradasa mütləq daimi qeydiyyatı olsun. Belə bir tələb yoxdur. İkincisi, qanunda həmçinin o da yoxdur ki, vətəndaş hansısa sosial hüququnu-şəxsi, əmlak, sosial hüquqlar həyata keçirmək üçün onun daimi qeydiyyatı olmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov heç bir yerdə qeydiyyatı olmayan vətəndaşların bütün sosial hüquqlardan və xidmətlərdən istifadə edə bilməməsinə münasibət bildirərkən deyib. Vəkil hesab edir ki, hansısa dövlət orqanı qeydiyyata görə vətəndaşın hüquqlarının həyata keçirilməsinə imkan vermirsə bu, qanunsuzdur:
"Əvəllər belə bir qayda vardı, heç yerdə qeydiyyatda olmayan Azərbaycan vətəndaşları, evsiz şəxslər dövlətə məxsus inzibati binalarda (əsasən polis şöbələrində) qeydiyyata alınırdılar. Amma bunu özü də qeyri-adidir, sanki özümüz-özümüzü aldadırıq. Əgər hansısa dövlət orqanı qeydiyyata görə vətəndaşın hüquqlarının həyata keçirilməsinə imkan vermirsə, o zaman aidiyyatı orqandan daha yuxarı instansiaya şikayət edilməlidir. Əgər oradan da bir cavab olmasa, o zaman məhkəməyə müraciət edə bilər. Bundan əlavə, məsələni həm də mətbuat vasitəsi ilə ictimailəşdirə də bilər. Cəmiyyət də bilməlidir ki, o hansı dövlət orqanıdır ki, daimi qeydiyyata görə vətəndaşın huquqqlarının həyata keçməsinə imklan vermir”.
Vəkil bunu SSRİ təfəkürü adlandırıb:
"Yəni, həmin dövrdə qeydiyyatdan çıxmaq və yaxud da daxil olmaq dəhşətli bir şey idi. Bəzilərində hələ də o təfəkkür qalıb ki, qeydiyyat varsa vətəndaş var, qeydiyyat yoxdursa vətəndaş da yoxdur. Bütövlükdə gərək parlament qanun qəbul edib bunu hansısa formada tənzimləsin. Ən azı deputatlar ona görə narahat olmalıdır ki, sabah seçki keçirilərsə, həmin vətəndaşlar səsvermədə iştirak edə bilməyək və bunun özü də problemdir”.
Bahar Rüstəmli