Koronavirus pandemiyasına görə sərhədlərin bağlanması səbəbindən Rusiyadan vətənə qayıda bilməyən Azərbaycan vətəndaşları üçün müvəqqəti yerləşmə məntəqəsi açılacaq.
Qaynarinfo Baku.Tv-yə istinadən xəbər verir ki məntəqəni Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Dağıstan Respublikası üzrə İdarəsi açacaq.
Məlumatda bildirilir ki, Rusiya FHN-in Dağıstan Respublikası üzrə Baş İdarəsinin avtomobil qatarı Mahaçqaladan Məhərəmkənd rayonuna 210 nəfərlik insan üçün avadanlıq çatdırıb.
Hazırda həmin regionda Azərbaycana qayıda bilməyən çoxlu sayda vətəndaşımızın olduğu bildirilir.
<iframe src="https://player.baku.tv/embed/18414" width="560" height="315" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="">