
Vətəninfo.az saytı təsis edilməsindən düz iki il ötüb.
Saytdan verilən məlumata görə iki il ərzində ölkəmizdə və dünyada baş verən sosial-iqtisadi, siyasi, mədəni, cəmiyyətimizi maraqlandıran xəbərlərlə oxucuları təmin ediblər: "İki il içərisində çox şey yaşadıq və yaşadıqlarımızı seçdiyimiz peşənin məsuliyyəti kimi qəbul etdik. Amma bir şeyi öyrəndik ki, seçdiyimiz yol doğru yoldu və xalqımıza, dövlətimizə xidmət qədər dəyərli bir görəv ola bilməz.
İki il ərzində ölkəmizdə mövcud olan bütün media qurumları ilə əməkdaşlığı sağlam təməllər üzərində qurmağa çalışdıq. Yaş baxımından bizdən yaşlı olanların təcrübəsinə sığındıq və doğru yolda yürüyən zaman qarşılaşdıqları problemlərə necə sinə gərdiklərini özümüzə bayraq etdik.
Bu iki ildə Vətəninfo.az-a çıxdığı yolda dəstək olan dəyərli həmkarlarımıza dərindən təşəkkür edirik. Vətəninfo.az-ın media dünyasında irəliləməsində zərrə qədər payı olanlara minnətdarıq. Artıq iki ili geridə qoyub qarşıdakı bizi gözləyən illərə gözümüzü dikərək daha da əzmlə yürüyəcəyimizi əminliklə ifadə edirik".
Qaynar.info