Məktəb direktorlarına aylıq əlavələr hər il yanvar ayından etibarən məktəbdə nə qədər şagird qeydiyyatdadırsa, ona uyğun olaraq hesablanacaq.
Qaynarinfo xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. Onun sözlərinə görə, aylıq əlavələr təxminən 865 direktoru və 2343 direktor müavinini əhatə edəcək:
"Əvvəl şagird sayı 500 olan direktor da 650 manat vəzifə maaşı alırdı, bütün vergiləri çıxdıqdan sonra, 4000 şagird təhsil alan məktəbin direktoru da. Bu artımlar direktorların iş yükünə görə düzgün qiymətləndirilmələrinə gətirib çıxaracaq".
Şərhlər