
Diyarbəkir valisinin köməkçisi Mehmet Dəmir sürpriz addım atıb.
Qaynarinfo.Az xəbər verir ki, o, FETÖ əməliyyatı çərçivəsində şübhəli şəxs qismində saxlanılan Diyarbəkr məhkəməsinin hakimi Fatma Çəmənə evlilik təklifi edib.
Hakimlə bir neçə dəfə kamerada görüşən Mehmet Dəmir vəkil vasitəsiylə ona evlilik təklifi göndərib. Vali köməkçisi bildirib ki, onunla hər şərtlə ailə qurmaq istəyir. "İşinə qaytarmasalar da evimin qadını olar" deyə bildirib. Lakin Fatma Çimən təklifi rədd edib və üzüyü geri qaytarıb.
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az