Xəbər lenti

Vəzifəli şəxs həlak oldu - Yol qəzası
Ölkə05:19 07.06.2013

Vəzifəli şəxs həlak oldu - Yol qəzası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Sığorta Agentliyinin Goranboy Rayon Şöbəsinin müdiri rəhbəri yol qəzasında dünyasını dəyişib.

Hadisə iyunun 6-sı saat 21.30 radələrində Gəncə şəhəri Heydər Əliyev prospektində baş verib.
 
Dövlət Sığorta Agentliyinin Goranboy Rayon Şöbəsinin müdiri, 1958-ci il təvəllüdlü İkram Hətəmov idarə etdiyi "Chevrolet” markalı avtomobilli yolun kənarında işıq dirəyinə çırpıb.
 
İ. Hətəmov hadisə yerində dünyasını dəyişib. İlkin məlumata görə, o, ürək çatışmazlığından əziyyət çəkirmiş, sükan arxasında da ürəyi dayandığına görə idarəetməni itirib.
 
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.//APA