Xəbər lenti

Vəzifəli şəxslərin düşdüyü qəza ilə bağlı DİN-dən AÇIQLAMA
Ölkə08:33 03.05.2016

Vəzifəli şəxslərin düşdüyü qəza ilə bağlı DİN-dən AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyi vəzifəli şəxslərin qəzaya düşməsi ilə bağlı məlumat yayıb.

Mayın 2-də saat 15 radələrində Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsində Bakı şəhər sakini Rüstəm Haqverdiyevin idarə etdiyi “Toyota” və Qusar rayon sakini Rabit Əkbərovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub və “QAZ-3110” markalı avtomobildə yanğın baş verib. 

Nəticədə R.Haqverdiyevin sərnişinlərindən Adışirin Ələkbərov hadisə yerində ölüb, özü və 3 sərnişini, habelə R.Əkbərov xəstəxanaya yerləşdirilib, R.Haqverdiyev orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır. 

Qaynarinfo.az