Xəbər lenti

Vəzifəli şəxslərin vəzifəli qohumları (SİYAHI)
Ölkə07:49 23.02.2013

Vəzifəli şəxslərin vəzifəli qohumları (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyevin fevralın 12-də keçirilmiş müşavirədə xalqıhakimiyyətdən narazı salan məmurların ünvanına kəskin çıxışının ardıncabir neçə rayon İcra Hakimiyyəti (RİH) başçısı cəzalandırıldı. Dövlətbaşçısının çıxışından sonra “balaca padşahlar”ın “qara xəbərləri”yayılır. Prezident əvvəlcə kütləvi xalq etirazlarının baş verdiyiİsmayıllı RİH-in başçısını işdən azad etdi. Bunun ardınca isə Şamaxınınbaşçısı vəzifəsini itirdi. İşdən çıxarılan hər iki başçı yüksək vəzifəlişəxslərin qardaşları idi.
Müşahidələr göstərir ki, məhz elə buqohumluq əlaqələri bəzi rayonlarda İcra Hakimiyyəti başçılarının “əl-qolaçmasına” şərait yaradan amillərdən biridir.
Bir sıra hallarda yuxarıda oturan qardaşı, qudası və ya başqa qohumuna arxalanan məmurlar çalıb-çapmaqla məşğuldurlar.

İsmayıllıdakütləvi xalq etirazlarının baş verdiyi vaxt rayonun icra başçısıvəzifəsini tutan Nizami Ələkbərovun əmək və əhalinin sosial müdafiəsinaziri Füzuli Ələkbərovun qardaşı olduğu hamıya məlumdur.

Modern.azsaytı bu xəbərdən sonra oxucuların marağını nəzərə alıb, kiçik biraraşdırma apardı. Azərbaycanda hansı məmurlar qohum-qardaşdırlar?

Başlayaq yenicə vəzifələrini itirmiş icra başçısından. Şamaxının sabiq icra başçı Asif Məmmədov “Hacı İqbal” kimi tanınan lerikli deputat  İqbal Məmmədovun qardaşıdır.

İmişlinin yeni təyin olunan icra başçısı Vilyam Hacıyev Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi oğludur.  

İddialara görə, Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyev fövqəlnazir Kəmaləddin Heydərovun yaxın qohumudur.

Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə rəhbərlik edən Elmar Vəliyev isə ölkənin hərbi prokuroru Xanlar Vəliyevin qardaşıdır.

Vəzifə bölgüsünə nəzər salsaq görərik ki, bir çox deputatların vənazirlərin, komitə sədrlərinin, başqa yüksək vəzifəli şəxslərin,deputatların ən yaxın adamları icra başçısı postunu tuturlar. Belə posttutanlardan biri də Şirvan Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovdur. O, müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.

Tovuz rayonununicra başçısı da qardaş hesabına vəzifəyə gələnlərdəndir. Rayonun icrabaşçısı Tofiq Zeynalov DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi RamizZeynalovun qardaşıdır.

Tovuzla qonşu olan Qazax rayonunun icra başçısı Ayaz Əsgərov Dövlət Dəmiryolu İdarəsinin rəisi Arif Əsgərovun qardaşıdır.

Göyçayınicra başçısı Mənsur Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun bacısıoğludur. Ziya Məmmədovun qardaşı Elton Məmmədov isə Milli Məclisdeputatıdır.

Zaqatalanın icra başçısıMübariz Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli SəhmdarCəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşıdır.

Paytaxtın Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərov vergilər naziri Fazil Məmmədovun yeznəsidir-bacısının əridir.

Abşeronun icra başçısı Zakir Fərəcov deputat Nazim Fərəcovun qardaşıdır.

Salyan rayonunun sabiq icra Rasim Bəşirov Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun qardaşıdır.

Samux rayonunun icra başçısı Alı Qocayev Milli Məclisin sədri Oqtay Əsədovun qudasıdır.

İddialara görə, bir çox rayonların icra başçıları birbaşa fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, nəqliyyat naziri Ziya Məmmədovun, general Bəylər Əyyubovun və digər yüksək vəzifəli şəxslərin himayə etdiyi məmurlardır.

Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənovun qardaşı Ramiz Həsənov vaxtilə Sumqayıt icra başçısının müavini vəzifəsində çalışırıb. Hazırda isə o, Zəngilan rayon İcra Hakimiyyətinin başçısıdır.

“Azəriqaz” Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Əlixan Məlikovun qardaşı Fəxrəddin Məlikov Kürdəmir rayonunun sabiq icra başçısı vəzifəsini tuturdu. Onların hər ikisi artıq sabiq məmurlar siyahısına daxildirlər.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qardaşı Akif Quliyev Sumqayıt şəhər, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun qardaşı Qəzənfər Həsənov Sabunçu rayon icra hakimiyyətlərində müavin vəzifəsində çalışırlar.

Siyahınıhələ uzatmaq olar. Elə sadaladığımız misallar da bəs edir ki,hakimiyyətdə təmsil olunanlar arasında bir-biri ilə qohumluq əlaqəsindəolan məmurların həddindən artıq çox olduğunu deyəsən.

Davam edək...

Salyan Polis İdarəsinin rəisi Fuad Məmmədovtutduğu vəzifədən azad olunaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinərəis müavini vəzifəsinə təyin edilib. Fuad Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur. DİN Pasport İdarəsinin rəisi Arzuman Əliyev də nazirin qohumudur.

Yeri gəlmişkən, nazir Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova “Tərəqqi Texniki Humanitar liseyi”nin (66 nömrəli orta məktəb) direktorudur.

Bu günlərdə isə keçmiş deputat, hazırda Daşkəsən rayonunun icra hakimiyyətinin başçısı olan Əhəd Abıyevin iki qohumuna da vəzifə verilib. Belə ki, Əhəd Abıyevin qardaşı Zəfər Abıyev Daxili İşlər Nazirliyinin Qazaxıstandakı nümayəndəsi təyin olunub. Digər qardaşının oğlu Heydər Abıyev isə Milli Təhlükəsizlik Nazirliyinin Quba rayon şöbəsinə rəis təyin edilib.

Simulyasiya Mərkəzinin rəis müavini Vüqar ƏbiyevSəfər Əbiyevin qardaşı oğludur. Mərkəzi Hospital aptekinin rəis müaviniSəfər Əbiyevin oğlunun qaynıdır. Nəsimi rayon hərbi komissarı, Binəqədirayon hərbi komissar əvəzi Səfər Əbiyevin yaxın və ya uzaqqohumlarıdır.
Sabunçu rayon hərbi komissarı isə Müdafiə Nazirliyinin Hüquq idarəsinin rəisi Rauf Kişiyevin qaynıdır.

Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun yaxın qohumu Əqid Bayroyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kadrlar şöbəsinin rəis müavini vəzifəsini tutur.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəis müavini Namiq Quliyevin Fazil Məmmədovun bacısının həyat yoldaşı olması da hamıya məlumdur.

Sumqayıtşəhərin icra strukturlarında qohumluq əlaqələri olan məmurlar daçoxdur. Şəhər “Su-kanal” Törəmə Səhmdar Cəmiyyətinin sədri Müşfiq Əsədovunspiker Oqtay Əsədovla çox yaxın qohumluq əlaqəsinə malik olduğubildirilir. Daha bir qohumluq əlaqəsi Mənzil Kommunal Təsərrüfatıİstehsal İstismar Birliyinin rəisi Təvəkkül Məmmədovla Küçə İşıqları İdarəsinin rəisi Əhməd Məmmədov arasındadır. Belə ki, Əhməd Məmmədov keçmiş icra başçısının qardaşı oğludur.
Sumqayıt şəhər Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərovla Sumqayıt Regional Təchizat İdarəsinin rəisi Xəndan Əhmədovun isə quda olduğu bildirilir.

Baş prokurorun əmri ilə ikinci səlahiyyət müddətinə Xəzər rayon prokuroru vəzifəsinə təyin edilən Fəxri Ələsgərov Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qardaşıdır. Onlar Milli Məclisin sabiq deputatı, mərhum Murtuz Ələsgərovun oğlanlarıdırlar.

Parlamentin deputatı Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımlı  Azərbaycan İpoteka Fondunun icraçı direktorudur.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev də Milli Məclisin deputatıdır.

Azərbaycanın ən nüfuzlu məmurlarından olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərov artıq 18 ildir Milli Məclisdə deputatdır.

Baş nazirin müavini Elçin Əfəndiyevin qardaşı Timuçin Əfəndiyev uzun illərdir Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazovun qardaşı Oqtay Şahbazov hazırdaAzərbaycan Respublikası Prezidenti Administrasiyasında  rəhbər vəzifətutur. O.Şahbazov Prezidentin işlər idarəsində işlər müdirinin birincimüavini postunda çalışır. Elə Prezidentin işlər müdirinə aid bəziməsələləri, o cümlədən vətəndaşların qəbulunu da Oqtay Şahbazov həyatakeçirir.

Ağsunun icra başçısı Ənvər Seyidəliyevin Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun dayısı olduğu bildirilir.

Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin rəsi Namiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.

Abşeron rayon prokurorunun köməkçisi Bəhlul Yaqubov Azərbaycan Aşıqlar Birliyini Zəlimxan Yaqubun oğludur.

Modern.az