Xəbər lenti

Vəzirovun Ağdamdakı “daçası” dağıdılmayıb - FOTO
Ölkə14:33 01.11.2013

Vəzirovun Ağdamdakı “daçası” dağıdılmayıb - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Stepanakertdən (Xankəndi-m.az) Mardakertə (Ağdərə- m.az) gedən yolun yaxınlığında böyük bir tikili diqqətimi o dəqiqə cəlb etdi.

Məni müşayiət edən artsaxlılar (Qarabağ erməniləri) sual dolu baxışlarıma cavab olaraq “Bu, Vəzirovun “daçası”dır” dedilər. Qalanı xatırladan tikili Qarabağ müharibəsinin gedişində zahirən demək olar ki, zədələnməyib. 

Azərbaycanın keçmiş hökumət bağ evi (yəqin ki, orada sonuncu dəfə Azərbaycan KP MK-nın o vaxtkı I katibi Əbdürrəhman Vəzirov dincəlib-m.az) Ağdam rayon mərkəzinin bir neçə kilometrliyində yerləşir. Yerli sakinlərin sözlərinə görə, burada varlı azərbaycanlıların bağ evləri olub...”/musavat.com/