Xəbər lenti

Vəziyyəti ağırlaşan tanınmış alimlə bağlı Prezidentə müraciət edildi
Ölkə11:46 06.01.2021

Vəziyyəti ağırlaşan tanınmış alimlə bağlı Prezidentə müraciət edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
I Qarabağ müharibəsinin qazisi, pedaqoq, tarix elmləri üzrə fəlsəfə doktoru Dilavər Əzimlinin səhhətində yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın bir qurup tanınmış ictimia-siyası şəxsləri Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Qaynarinfo xəbər verir ki, müraciətdə Azərbaycanın tarixçi alimi Dilavər Əzimlinin səhhətinin normala qayıtması və COVİD-19 xəstəliyindən müalicə olunması üçün səlahiyyətli dövlət qurumlarına müvafiq göstəriş verilməsini xahiş edilib.
Müraciətdə deyilir:
Azərbaycan Respublikasının müstəqillik qazanması uğrunda Xalq Hərəkatının fəallarından olan, Azərbaycanın milli ruhunu və milli tarixini araşdıran, elmimizin inkişafında hər zaman ön sıralarda dayanan, I Qarabağ müharibəsinin qazisi, pedaqoq, tarix elmləri üzrə fəlsəfə doktoru Dilavər Əzimli də dünyanın bəlasına çevrilən COVİD-19 xəstəliyi ilə mübarizə aparır. Hal-hazırda o, Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasında müalicə alır. Çox təəssüf hissi ilə qeyd edirik ki, vəziyyəti kəskin ağırlaşan Dilavər Əzimli artıq 04.01.2021-ci il tarixindən süni nəfəs aparatına qoşulub. Bu gün dövlətini, millətini sevən, minlərlə tələbənin sevimli müəllimi olan, hər zaman Azərbaycan ideologiyası ilə yaşayıb-yaradan ziyalımız Dilavər Mirzəkişi oğlu Əzimlinin həyatı üçün böyük təhlükə var və bu cür alimimizin itirilməsi Azərbaycanın tarixi, tarixinin araşdırılması üçün də ciddi problem yarada bilər.
Hörmətlə
İqbal Ağazadə 
Ümid Partiyasının sədri
Sabir Rüstəmxanlı
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili
Pənah Hüseyn
Xalq Partiyasının sədri
Sərdar Cəlaloğlu
Azərbaycan Demokrat Partiyasının sədri
Fazil Mustafa
Böyük Quruluş Partiyasının sədri, millət vəkili
Zahir Əlisoy 
Bütöv Azərbaycan Ocaqlarının başqanı
Paşa Həsənli 
Bütöv Azərbaycan Ocaqları Mərkəzi Şurasının sədri
Qələndər Muxtarlı
Millətçi Demokrat Partiyasının sədri
Zaur Qəriboğlu
jurnalist
Azər Rəşidoğlu
Jurnalist
Əliməmməd Nuriyev
"Konstitusiya” Araşdırmalar Mərkəzinin sədri
Tural Abbaslı
Ağ Partiyanın sədri
Əvəz Zeynallı
jurnalist
Qafar Çaxmaxlı 
Jurnalist, Ərciyəz Universitetinin professoru
Əli Mustafa
Demoratik Dəyişim Platformasının sədri
Qulamhüseyn Əlibəyli
Aydınlar Partiyasının sədri
Qorxmaz İbrahimli
Aydınlar Partiyası sədrinin müavini