Xəbər lenti

VHP-də yeni təyinatlar olub
Ölkə07:22 30.06.2015

VHP-də yeni təyinatlar olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı yeni təyinatlarla bağlı sərəncam imzalayıb. 

Partiyadan Qaynar.info-ya verilən məlumata görə,  partiya sədrinin sərəncamına əsasən Pünhan İmamlı VHP sədrinin gənclərlə iş üzrə müşaviri, Anar Niftəliyev İctimai Əlaqələr Departamentinin müdiri, Azər Caniyev İnsan Resursları Departamentinin müdiri, Tural Hüseynli Lahiyələr Departamentinin müdiri, İsmi Şahzadə  Dini Qurumlarla İş Şöbəsinin müdiri, Səlcuq Elçin Siyasi Partiyalarla İş Şöbəsinin müdiri və Vüsal  Qasımov Türk Dünyası ilə iş Şöbəsinin müdiri təyin olunublar.

Qaynar.info