Ölkə 19:15 09.06.2022

VI, VII və VIII siniflərdə də mərkəzləşdirilmiş imtahan keçiriləcək

"Gələcəkdə VI, VII və VIII siniflərdə də mərkəzləşdirilmiş imtahanın keçiriləcəyi istisna edilmir".

Qaynarinfo xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov müəllimlərin sertifikasiyası ilə bağlı keçirilən görüşdə deyib.

O bildirib ki, artıq IV siniflərin monitorinq imtahanı keçirilib:

"Bu imtahanların keçirilməsində məqsəd şagirdlərin bilik və bacarıqlarının öncədən öyrənilməsidir. Əvvəl isə sadəcə IX sinifdə bunu müəyyənləşdirə bilirdik".