
Mən belə bir reaksiyanın səbəbi barədə hələ də düşünürəm. Bu nədir - sadəlöhvlük, yoxsa nə?
Axı yaptokratiya Intiqam Əliyev kimi adamları tutmayıb da kimitutmalıdır? Bəlkə Ziyanı, Kəmaləddini, 1000 manat maaşla 5 milyon manatavilla alan, sonra da “almışam, əcəb eləmişəm, artıq-əksik yazan qələteləyir” deyən Bayram Səfərovu tutmalıdır? Nə tez unuduruq ki, “ədalətsizcəmiyyətdə vicdanlı insanın yeri elə həbsxanadır” (Henri Devid Toro).
Artıq Azərbaycanda həbsxana deyiləndə gözümüz önündə oğruların,qatillərin, cinayətkarların haqlı cəza çəkdiyi yer canlanmır. ArtıqAzərbaycanda həbsxanalar - vicdanlı, ləyaqətli, irəligörüşlü, çağdaştəfəkkürlü, aydın insanların adı ilə assosiasiya olunur. Bütünədalətsiz, çağdışı, antidemokratik, gücünü zülmdən alan rejimlərdəolduğu kimi.
***
Səhv etmirəmsə, Balzakın sözləridir: “Biz onu öldürmədikcə vicdanımız səhv etməyən bir hakimdir”.
Intiqam Əliyev isə vicdanın özüdür. Fəxr edirəm ki, onunla eyniölkədə yaşayır, eyni dəyərləri bölüşürəm. Fəxr edirəm ki, o mənim əlimisıxıb. Mən ona Intiqam müəllim yox, “Vicdan müəllim” deyirəm. O bunu özüqazanıb - dürüstlüyü, kristallığı, həqiqət və ədalət uğrunda ardıcıl,prinsipial fəaliyyəti ilə.
Belə insanların isə Əliyevlər Azərbaycanında dəmir barmaqlıqlarardına göndərilməməsi təəccüblü olardı. Nəinki azadlıqda qalması.
Elə öz həbsi haqqında ən qısa, konkret fikri də Vicdan müəllim özüdedi: “Ölkədə insan hüquqlarını müdafiə edənləri, seçkilərinsaxtalaşdırılmasına etiraz edənləri, siyasi məhbusları müdafiə edənləricinayətkar sayırlar. Mən də o, ”cinayətkar"lardan biriyəm".
Vəssalam. Əlavə söz yersizdir.
***
Bəs bütün bu olub-bitənlərdən, başımıza gələnlərdən-gətirilənlərdən,tarixin ən repressiv, ən qaranlıq, ən amansız dövrləri ilə müqayisə edəbiləcəyimiz bu çətin, məşəqqətli günlərdən, illərdən sonra nə başverəcək?
Velosipedi yenidən icad etməyə ehtiyac yoxdur, bu suala çoxdan -hardasa 200 il əvvəl məşhur fransız natiqi Mirabo onsuz da cavab verib.
Bizə indi olsa-olsa, həmin cavabı xatırlatmaq qalır: “Ədaləttopaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır”.
***
Yazıya çox sevdiyim, anlayanlar üçün içində nəhəng, misilsiz birhikmətin yatdığı bir rəvayətlə nöqtə qoyuram. Onu bir neçə dəfəyazılarımda tirajlamışam, amma Azərbaycanda irticanın daha daqəddarlaşdığı, gücləndiyi günlərdə bu rəvayətin anlamının daha böyükolduğunu düşünüb yenidən paylaşmaq istədim. Həm də heç bir şərhsiz.Anlamaq istəyənlər bu rəvayətlə nə demək istədiyimi onsuz daanlayacaqlar. Anlamayanlar isə qoy belə də davam etsinlər. Mənimçoxdandır onlara heç bir sözüm qalmayıb.
Bu da çox sevdiyim həmin rəvayət:
Bir gün Nəmrud Ibrahim peyğəmbərin odda yandırılmasını əmr edir. Böyük bir tonqal çatılır. Ibrahimi tonqala atırlar.
Bu vaxt tamaşaya yığılan adamların arasından bir nəfər baxıb görürki, bir qarışqa dimdiyindəki su damlası ilə tonqala doğru tələsir.Soruşur:
- Qarışqa qardaş, ağlın hardadır, o bir damcı su ilə bu boyda tonqal sönərmi heç?
Qarışqa cavab verir:
- Doğrudur, bəlkə də sönməyəcək, amma əsas odur ki, mən indi səfimibəlli edirəm. Göstərirəm ki, Ibrahiminmi yanındayam, yoxsa onuyandıranlarınmı?!.
Qarışqa dimdiyindəki o bir damcı suyu tonqala atarkən bir ilan dadayanmadan tonqalı üfürürmüş ki, daha gur yansın. Ondan niyə beləetdiyini soruşanlara isə belə cavab verirmiş:
- Bu gün bayramdır. Bu gün bir peyğəmbər yanır!
Azadlıq.info