Xəbər lenti

Vidadi Babayev nöqsanlarına görə işdən qovuldu
Ölkə12:02 28.04.2017

Vidadi Babayev nöqsanlarına görə işdən qovuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərişıq ASC-nin Bərdə rayon elektirik şəbəkəsinin rəisi işdən çıxarılıb.

"Qaynar" "Report"a istinadən xəbər verir ki, Azərişıq ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon elektirik şəbəkəsinin rəisi Vidadi Babayev işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

V.Babayev Azərişıq ASC-nin sədri Baba Rzayevin əmri ilə tutuduğu vəzifədən kənarlaşdırılıb.

İşdən çıxarılan rəisin yerinə hələlik təyinat yoxdur. Rayon Elektrik Şəbəkəsinin rəisi vəzifəsi müvvəqəti olaraq baş mühəndis Sahib Abbasova tapşırılıb.

Qeyd edək ki ,V.Babayev bu vəzifəyə 3 il bundan əvvəl təyin edilib.

Qaynar.Az