Xəbər lenti

Vidadi İsgəndərli prezidentliyə namizədliyini açıqladı
Ölkə19:57 12.03.2013

Vidadi İsgəndərli prezidentliyə namizədliyini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hüquq müdafiəçisi Vidadi İsgəndərli “Facebook” səhifəsində seçkilərə qatılacağını açıqlayıb. Belə ki, o, “İstefa” qrupunda bu il keçiriləcək prezident seçkilərinə müstəqil şəkildə namizədliyini irəli sürdüyü barədə status paylaşıb. 

V.İsgəndərli yazdığı statusunda Namus Xalq Hərəkatı yaratdığını da bildirir: “Diqqət-diqqət. Mən İsgəndərov Vidadi İsgəndər oğlu (Vidadi İsgəndərli) bu gün 12.03.2013-cü il tarixində saat 19:07-də bütün Azərbaycan xalqına elan edirəm. 2013-ü il tarixdə keçiriləcək prezident seçkilərində özümün prezidentliyə namizədliyimi müstəqil şəkildə elan edirəm. Bu gündən etibarən Namus Xalq Hərəkatının yaranmasını diqqətinizə çatdırıram. Qərarım barədə KİV-ə müsahibə verməyə hazıram. Məlumat hər bir saatdan bir yenilənəcək”.

Qaynar.info