Xəbər lenti

Videosu yayılan baş həkim təcili nazirliyə çağırıldı
Ölkə11:29 23.05.2014

Videosu yayılan baş həkim təcili nazirliyə çağırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rüşvət videosu yayılan Sabirabad rayon Perinetal Mərkəzinin direktoru Vüsal Məmmədov təcili Səhiyyə Nazirliyinə çağırılıb. 

Bu barədə məlumatı AzNews.az-a mərkəzin əməkdaşları verib. Bildirilib ki, baş həkim heç kimə xəbər vermədən Bakıya yollanıb: “Bircə o məlumdur ki, Vüsal doktor gecəykən Bakıya çağırılıb. Onunla əlaqə yarada bilmirik”.

Qeyd edək ki, V.Məmmədovun xəstəxanada çəkilən gizli video sosial şəbəkələrdə səs-küyə səbəb olub. Görüntülərdə Məmmədov xəstənin verdiyi məbləğlə razılaşmır və daha çox pul tələb edir.

Qaynar.info