Xəbər lenti

Vilayət Eyvazov 6 ay əvvəl təyin etdiyi müavinə yeni vəzifə verdi
Ölkə09:59 20.03.2021

Vilayət Eyvazov 6 ay əvvəl təyin etdiyi müavinə yeni vəzifə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Suraxanı Rayon Polis İdarəsinə altı ay öncə rəis müavini təyin edilən polkovnik Famil Vəliyev bu vəzifəsindən çıxarılıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə İdarənin əməliyyat işləri üzrə rəis müavini Vəliyev Famil Adil oğlu vəzifəsindən çıxarılaraq Nizami RPİ-də eyni statusda xidmətə göndərilib.
F.Vəliyev daha əvvəl Xəzər RPİ-də müavin olub, 2020-ci ilin sentyabr ayında Suraxanıya təyin edilib.
Dekabr ayında İdarəyə rəis təyin edilən Süleyman Nemətovun istəyi ilə RPİ-də keçirilən kompleks yoxlamadan sonra 30-a yaxın məsul şəxs pozuntulara görə işdən çıxarılmışdı.