Xəbər lenti

Vilayət Eyvazov iki rəisi təyin etdi (YENİLƏNİB)
Ölkə08:58 04.09.2020

Vilayət Eyvazov iki rəisi təyin etdi (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili işlər orqanlarında yeni təyinat olub.
"Report"un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 
Əmrə əsasən, Sabirabad rayon Dövlət Yol Polisinin (DYP) rəisi, polis mayoru Elşən Əvəz oğlu Əzizov vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə o, Biləsuvar rayonu DYP rəisi vəzifəsinə təyin olunub.
Xatırladaq ki, E.Əzizov əvvəl Lənkəran rayonu DYP bölməsinin rəisi vəzifəsində çalışıb. Bir neçə ay bundan əvvəl Daxili İşlər nazirinin müvafiq əmri ilə Sabirabad rayonu DYP  bölməsinin rəisi vəzifəsinə təyin edilmişdi.
12.21
Daxili İşlər orqanlarında yeni təyinat olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis baş leytenantı Azad Vəkilov Ağstafa Rayon Polis Şöbəsinin Köçvəlili Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Xatırladaq ki, bir müddət əvvəl Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) bütün rəhbər heyəti tutduqları vəzifələrdən azad edilmişdilər.