Xəbər lenti

Vilayət Eyvazov bölmə rəisini yuxarı vəzifəyə təyin etdi
Ölkə13:03 28.08.2023

Vilayət Eyvazov bölmə rəisini yuxarı vəzifəyə təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili işlər orqanlarında yeni təyinat olub.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Nəriman Bayramov Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin rəisi vəzifəsindən azad edilib.
Digər əmrlə o, Səbail RPİ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, N.Bayramov 2000-ci ildən 43-cü PB-nə rəhbərlik edirdi.